EN

Rüttedən ŞOK ETİRAF: Ukrayna davam gətirə bilməyəcək

Ukrayna yaxın perspektivdə ABŞ silahlarından imtina edə bilməz.

KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte ABŞ-ın Ukraynaya bəzi silah tədarüklərini dayandırması barədə yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, Ukrayna qısa müddətli dövrdə nə sursat, nə də hava hücumundan müdafiə sistemləri olmadan müharibəni davam etdirə bilməz.

“ABŞ-ın öz maraqlarını nəzərə almalı olduğunu anlayıram. Ancaq bu maraqlara Ukraynanın qələbəsi də daxildir. Çünki Avropanın təhlükəsizliyi ABŞ-ın təhlükəsizliyi deməkdir”, – deyə Rütte vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
18
1
konkret.az

2Sources