Lənkəran rayonunun Şürük kəndində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1960-cı il təvəllüdlü kənd sakini Elxan Kazımov boyun və bel nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlərlə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Zərərçəkənin bildirdiyinə görə, qonşusu onun evinə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu