“Ukraynadan danışdıqda, qısamüddətli perspektivdə bu ölkə sursat və hava hücumundan müdafiə sistemləri ilə bağlı əldə edə biləcəyi dəstək olmadan tab gətirə bilməz”, – deyə baş katib əlavə edib.
Onun sözlərinə görə, Avropa ölkələri müdafiə xərclərini və Ukraynaya yardımını artırır, lakin onlar ABŞ-ın praktik dəstəyi olmadan bunu təkbaşına bacara bilməzlər.
“Təhlükəsiz Avropa həm də təhlükəsiz ABŞ deməkdir. Bunlar bir-biri ilə tam şəkildə əlaqəlidir”, – deyə Rütte vurğulayıb.
“Cebheinfo.az”