EN

NATO-nun baş katibindən Lavrovla bağlı sərt sözlər

NATO-nun baş katibi Mark Rutte Rusiyanın xarici işlər naziri Sergey Lavrovu tənqid edib. Editor.az xəbər verir ki, Rutte rus naziri hərbi alyansın mümkün dağılması ilə bağlı son şərhindən hədəf seçib.

Bu barədə Rutte özü “Fox News” kanalında bildirib .

“Lavrov – məncə, İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir ? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb. Ona görə də gəlin, cənab Lavrova çox diqqət yetirməyək”, – təşkilatın baş katibi bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
16
50
editor.az

10Sources