AZ

Rusiya NATO nun müdafiə xərclərini artırmasından narahatdır

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika Birləşmiş Ştatları Rusiyanın müdafiə xərclərinin irimiqyaslı artırılmasının Şimali Atlantika Alyansının dağılmasına səbəb ola biləcəyi ilə bağlı “proqnozuna” reaksiya verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce brifinq zamanı bildirib ki, Rusiya Federasiyası bu addımdan narahatdır, lakin söhbət NATO-nun öz mənşəyinə - çəkindirici qüvvə roluna qayıtmasından gedir:

"Onların müdafiə öhdəliklərindəki irəliləyiş təsiredicidir və əlbəttə ki, biz NATO-nu tam dəstəkləyirik - onların rolu təhlükəsiz və sabit Avropa üçün çox vacibdir. Məsələ bundadır - çəkindirici olmaq. Bu cür müdafiə xərcləri bu məqsədə çatmağa kömək edir. Və təbii ki, prezident Trampın israrlılığı və tələbləri olmasaydı, bunların heç biri baş verməzdi, ona görə də biz bu dəyişiklikləri alqışlayırıq”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
50
icma.az

10Mənbələr