EN

Dostları və ailəsi Tupakın küllərini narkotik kimi çəkibmiş - İnanılmaz olay

Mərhum reper Tupak Şakurun dostları və ailəsi onun külünü narkotik kimi çəkib.

Publika.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.

Musiqi prodüseri Şuq Nayt deyib ki, Tupakın nəşinin yandırıldığı gecə onun külü ilə dolu bir çantanı ailəsi və dostları bir-birlərinə ötürüblər. Prodüser yaxınlarının məşhur reperin qalıqlarını çəkdiyini bildirib.

“Bu, simvolik idi. Sanki onun bir hissəsini özünə çəkirdin”, - deyə prodüser qeyd edib.

Xatırladaq ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə - 25 yaşında ikən güllələnib. Sentyabrın 13-də Şakuru xilas etməyin mümkün olmadığı açıqlanıb. Bundan sonra sənətçi kremasiya edilib. 5 oktyabr 2024-cü ildə məlum olub ki, Tupak Şakurun ailəsi reperin ölümündə P.Diddinin əli olmasından şübhələnir və bununla bağlı araşdırma başladıblar.

Chosen
11
2
publika.az

10Sources