EN

Ursula Fon der Lyayen vəzifəsini itirir - 4 milyard avroluq peyvənd qalmaqalı, mesajlaşmalar...


Avropa Parlamentində yenidən qalmaqal yaranıb. Buna səbəb kimi, almaniyalı siyasətçi Ursula Fon der Lyayenin sədri olduğu Avropa Komissiyasına qarşı gələn həftə Avropa Parlamentində etimadsızlıq səsverməsi barədə təklifin ortaya çıxmasıdır. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola fraksiya rəhbərlərinə məlumat verib.

Rumıniyalı deputat Qeorqe Piperea və sağ partiyalardan olan digər deputatlar Komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Lyayen ilə ABŞ-ın "Pfizer" şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bu günədək açıqlamamaqda ittiham edirlər. Bu məsələ ilə bağlı Avropa İttifaqı məhkəməsi də yaxın vaxtlarda belə bir məlumatı gizlətməyin yetərli hüquqi əsaslara söykənmədiyinə qərar verib. Bundan əlavə, təxminən dörd milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması və Komissiyanın rəqəmsal xidmətlər haqqında qanunun tətbiqi ilə Rumıniya və Almaniyadakı seçkilərə təsir göstərdiyi də iddia olunur.

Təklif qəbul ediləcəyi təqdirdə Komissiya tam tərkibdə istefa verməli olacaq.

Mətləb

Chosen
78
44
baki-xeber.com

10Sources