EN

Rusiyanın Avropaya qaz ixracı 55 ilin minimumuna düşdü

2025-ci ildə “Qazprom” Avropalı müştərilərə cəmi 8,33 milyard kubmetr qaz tədarük edib. 

"Unikal" xəbər verir ki, bu, Rusiya qazını Avropaya çatdıran sonuncu əməliyyat kəməridir.

DW-nin məlumatına görə, bu tədarük göstəricisi ötən illə müqayisədə 47% azdır. Rusiya üçün isə bu sahədə illik göstərici yəqin ki, 16 milyard kubmetrdən çox olmayacaq ki, bu da “Türk axını”nın Avropa qolunun maksimum gücüdür.

Rusiya 1970-ci illərin əvvəlindən Avropaya bu qədər az qaz ixrac etməyib. Məsələn, 1975-ci ildə Avropaya 19,3 milyard kubmetr verilirdisə, 1980-ci ildə Almaniya ilə böyük müqavilə imzalandıqdan sonra bu, artıq 54,8 milyard idi. Ukraynanın tammiqyaslı işğalından əvvəl boru kəməri ilə Avropaya qaz ixracı 200 milyard kubmetrə çatmışdı.

Ağarza Elçinoğlu

Chosen
16
42
unikal.az

10Sources