EN

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasındaticarət dövriyyəsinin həcmi 214,8 milyon manat olub.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilineyni dövrü ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 3,1 dəfəartıb. Belə ki, 2024-cü ilin ilk beş ayında Azərbaycanla Özbəkistanarasında ticarət dövriyyəsinin həcmi 69 milyon ABŞ dolları idi.

Bəhs olunan dövrdə Azərbaycandan bu ölkəyə 19,7 milyon ABŞdolları dəyərində ixrac, 195,1 milyon ABŞ dolları dəyərində idxaləməliyyatları həyata keçirilib.

Özəkistana ixrac illik müqayisədə 9 milyon ABŞ dolları və ya84,1%, bu ölkədən idxal isə 136,8 milyon ABŞ dolları, yaxud da 3,3dəfə artıb.

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan Özbəkistana10,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, 58,3 milyonABŞ dolları dəyərində isə idxal olunub.

Həmçinin cari ilin ilk beş ayında Özbəkistan Azərbaycanınqeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələri siyahısınadaxil olub. Yəni bu ölkəyə 5 ayda 19,3 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac edilib.

Qeyd edək ki, bu ilin hesabat dövründə Özbəkistana ixracəməliyyatı ümumi ixracın 0,18%-ini, idxal isə ümumi idxalın1,96%-ini təşkil edib.

Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xariciölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyardABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalınpayına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.

Chosen
7
50
az.trend.az

10Sources