EN

Hindistanda fəlakət: 51 nəfər ölüb, 100 nəfər yaralanıb

ain.az bildirir, Modern.az portalına istinadən.

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson mövsümünün başlamasından sonra yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.Modern.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Son bir həftə ərzində ştatın 12 rayonu güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib. 22 nəfər itkin düşüb.TASS xəbər verir ki, ştatda 400-dən çox yol bağlanıb, evlərə, körpülərə, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Hindistan Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib ki, bu da yaxın gələcəkdə bölgədə təhlükəli hava şəraitinin gözlənildiyini bildirir. Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa çağırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
3
modern.az

10Sources