EN

ABŞ Çinə bəzi ixrac məhdudiyyətlərini aradan qaldırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası mikrosxem dizaynı proqram təminatının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Ticarət Nazirliyi Almaniyanın “Siemens AG” texnologiya konsernini xəbərdar edib ki, Çində iş görmək üçün artıq xüsusi dövlət lisenziyaları tələb olunmur. Şirkət artıq Çin müştərilərinə proqram təminatı və texnologiyalara tam girişi qaytarıb.

Bu ixraca nəzarət tədbirləri Pekinin ABŞ-yə kritik mineral tədarükünü məhdudlaşdırmasına cavab olaraq may ayında Vaşinqton tərəfindən tətbiq edilib. Ötən həftə bağlanmış ticarət sazişinin şərtlərinə əsasən, ABŞ Çinə mikrosxem dizaynı proqram təminatının tədarükünə, həmçinin etan və reaktiv mühərriklərin ixracına icazə verəcəyini vəd edib. Pekin də öz növbəsində ABŞ-yə nadir metallarının tədarükünü sürətləndirməlidir./Report

Chosen
4
25
tribunainfo.az

10Sources