
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəhbərləri ilə payızda Çinə səfər edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Amerika administrasiyasının nümayəndələri Ağ Ev rəhbərini 2025-ci ildə Çinə mümkün səfərdə müşayiət etməkdə maraqlı olub-olmadıqlarını öyrənmək üçün bəzi şirkətlərin rəhbərləri ilə görüşüblər.
Onların qeyd etdikləri mümkün tarixlərdən biri oktyabrın sonu, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin Cənubi Koreyada, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitinin isə Malayziyada keçiriləcəyi tarixdir.
Amerika prezidenti adətən hər iki tədbirdə iştirak edir.