EN

İlin birinci yarısında Neft Fondundan büdcəyə transfertin həcmi açıqlanıb

2025-ci ilin ilk altı ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi 7 mlrd. 240,5 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, transfert proqnoza qarşı 100% həcmində icra edilib. Transfertin büdcə gəlirlərində payı 36,6% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında büdcənin cəmi gəlirləri 19,8 mlrd. manat, cəmi xərcləri isə 17,09 mlrd. manat təşkil edib.

Chosen
8
32
apa.az

10Sources