AZ

Dövlət Neft Fondunun büdcəyə transfertləri 7,2 milyard manatı ötüb

2025-ci ilin ilk altı ayında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 7 milyard 240,5 milyon manat transfert edilib.

Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumata verilib.

Məlumata görə, bu göstərici təsdiq olunmuş proqnoza tam uyğun olaraq – 100% icra olunub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk yarısında Neft Fondu büdcəyə 6 milyard 390,5 milyon manat transfert etmişdi. Beləliklə, ötən illə müqayisədə transfertlərin həcmi 850 milyon manat və ya təxminən 13,3% artıb. Transfertlərin dövlət büdcəsi gəlirlərindəki payı isə 36,6% təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin ümumi gəlirləri 19,8 milyard manat, ümumi xərcləri isə 17,09 milyard manat olub.

Fuad Mədətov
Finss.az

Seçilən
12
44
fins.az

10Mənbələr