EN

İran yeni gərginlik mənbəyi axtarır RƏY

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məsud Pezeşkianın MAQATE ilə əməkdaşlığa son qoyulmasını bildirən sənəd imzalaması da bunu göstərir 

İran Prezidenti Məsud Pezeşkian ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə (MAQATE) əməkdaşlığının dayandırılması barədə fərman imzalayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə bildirib ki, İran nüvə proqramına son qoyulması üzrə danışıqları dərhal bərpa etməlidir: 

"İran Tehranın nüvə proqramına son qoyulması üzrə danışıqlara mümkün qədər tez başlamalı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı bərpa etməlidir". Kaya Kallas, həmçinin Brüsselin İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığın bərpasına yardım etməyə hazır olduğunu bildirib. Bir müddət öncə Abbas Araqçi Vaşinqtonun İrana hücum etməyəcəyinə zəmanət verdikdən sonra Tehranın nüvə sazişi üzrə danışıqları bərpa edəcəyini deyib. O əlavə edib ki, uranın zənginləşdirilməsi üzrə elmi bilikləri və texnologiyaları bombalamaqla məhv etmək mümkün deyil və Tehran bu sahədə itkilərini bərpa etməyə qadirdir.

Politoloq Azər Qasımov "Şərq"ə deyib ki, baş verən 12 günlük müharibədən sonra İran tərəfinin öz ritorikasında konstruktivlik göstərməməsi, hətta daha kəskin ritorika işlətməsi, Prezident Məsud Pezeşkianın MAQATE ilə əməkdaşlığa son qoyulmasını bildirən sənəd imzalaması göstərir ki, İran yeni gərginlik mənbəyi axtarır. Ekspertin fikrincə, İsrailin raketlərlə vurulması İranda eyforiyaya səbəb olub. Hesab edirlər ki, İran artıq itirdiyini itirib:

 "Nüvə obyektləri bombalanıb, nüvə alimləri və hərbi rəhbərlik öldürülüb. Artıq İsrailin bundan artığını etməyə imkanı yoxdur. Bu isə İranın siyasi rəhbərliyində süni şəkildə özgüvən yaradıb. Əslində, İran tərəfi bir mənada haqlıdır. İsrailin bundan sonra nəsə ciddi şəkildə İrana zərbə vurmaq ehtimalı azdır. Amma öz ərazilərinin raket hücumuna məruz qalması da İsrail üçün yaxşı heç nə vəd etmir. Amma hər iki tərəf qarşıdurmadan geri çəkilə bilmir. Çünki bu, zəiflik əlaməti kimi dəyərləndiriləcək. Bu baxımdan yeni eskalasiya ehtimalı böyükdür. Məsələnin mahiyyətini ABŞ-nin ciddi şəkildə münaqişəyə qoşulması dəyişə bilər, amma bu, çətin görünür. Tramp müharibədən qaçır. İran da bunu yaxşı başa düşür. Odur ki, bir-iki raket zərbəsinin İranı məğlub etməyəcəyi qənaətinə gəlib. Hesab edirəm ki, tərəflər bir az nəfəs almaq üçün atəşkəsə razı oldular. Özlərinə gələn kimi tezliklə müharibəyə yenidən başlayacaqlar. Çünki məsələlər hələ yarımçıq qalıb. Ciddi nəticə alınmalıdır. Bunun üçün İsrail geri çəkilməyəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
50
sherg.az

10Sources