EN

İzmirdə meşə yanğınları yenidən alovlanıb, bəzi sakinlər təxliyə edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbul, 3 iyul, Günel Karatepe, AZƏRTAC

Artıq bir neçə gündür Türkiyə meşə yanğınları ilə mübarizə aparır. Ölkənin İzmir vilayətinin Menderes və Seferihisar rayonlarında baş vermiş yanğınlardan sonra bu dəfə də istirahət bölgəsi olan Çeşmə rayonundan alovlar yüksəlib.

AZƏRTAC xəbər verir ki, bölgədə çox güclü küləyin əsdiyi və təsirini gün ərzində davam etdirəcəyi bildirilir.

Hazırda yanğının təhlükə yaratdığı bəzi evlərin sakinləri təxliyə edilib. Söndürmə işləri qurudan və havadan davam etdirilir.

Çeşmə rayonunda təsirli olan yanğının söndürülməsinə 2 təyyarə, 6 helikopter və çox sayda texnika cəlb olunub.

Qeyd edək ki, mütəxəssislər ölkədə baş verən yanğınları havalarının mövsüm normasından yüksək olması və əhalinin ehtiyatsızlığı ilə əlaqələndirirlər. Hidrometeoroloqlar isə bu həftə sonu Türkiyə ərazisində havanın temperaturunun daha da yüksələcəyini proqnozlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
35
azertag.az

10Sources