Türkiyədə son günlərdə artan meşə yanğınlarına qarşı mübarizə fasiləsiz şəkildə davam etdirilir. Son bir həftə ərzində baş verən 624 yanğından 622-si nəzarət altına alınıb.
Redaktor.az xəbər verir ki, yanğınlarla mübarizə Tarım və Orman Nazirliyinə bağlı quru və hava qüvvələrinin iştirakı ilə həyata keçirilir.
Nazirliyin məlumatına görə, hazırda 27 təyyarə, 105 helikopter, 14 pilotsuz uçuş aparatı (PUA), 5 min 359 quru vasitəsi və 25 min personal yanğınlarla mübarizəyə cəlb olunub.
Kənan YUSİF