EN

Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 23% artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) üzrə dövlət əmlakınınicarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 21,9 milyonmanat olub.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə4,1 milyon manat və ya 23% çoxdur.

Belə ki, 2024-cü ilin ilk altı ayında Əmlak Məsələləri DövlətXidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 17,8 milyonmanat idi.

Qeyd edək ki, ƏMDX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalarproqnozdan 5,1 milyon manat və ya 30,3% çox olub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrədövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1milyard manat təşkil edib.

Chosen
15
50
az.trend.az

10Sources