Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Şürük kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Elxan Kazımov boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilib.
E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media