EN

“Middle East Eye”: İlham Əliyevlə Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar.Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) nəşri məlumat yayıb.Nəşr bildirib ki, iki ölkə sülh sazişi ətrafında danışıqları davam etdirdikləri üçün bu görüş baş tutacaq.Qeyd olunur ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və həmin görüşdə kommunikasiya xətlərinin açıq saxlanacağına dair öhdəlik götürüblər.“Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı hələ də sazişin rəsmi imzalanmasından öncə bir sıra əlavə şərtlərdə israr edir: Azərbaycan İrəvandan konstitusiyasında dəyişiklik edərək, Azərbaycanın ərazi bütövlüyünə dair istinadları aradan qaldırmasını, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətinə son verilməsini və son üç onillikdə qərəzli mövqedə olmaqda ittiham etdiyi ATƏT-in Minsk qrupunun ləğvini tələb edir”, – deyə MEE yazır.Məlumata bələd olan iki mənbə MEE-yə bildirib ki, Dubayda planlaşdırılan görüş müsbət siqnaldır və bu, davam edən fikir ayrılıqlarına baxmayaraq, “hər iki tərəfin əməkdaşlığa hazır olduğunu” göstərir.“Gələn il Paşinyanı seçkilər gözləyir və ekspertlər hesab edirlər ki, o, səsverməyə qədər konstitusiya referendumu keçirməyə çətinliklə nail ola bilər. Bu arada Türkiyə də Bakıdan sülh sazişini imzalamasını xahiş edir və Azərbaycan rəsmilərinə regionda dəyişən dinamikanı, xüsusilə İranın zəifləyən təsirini xatırladır. Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişindən asılıdır”, - deyə nəşr qeyd edib.MEE yazıb ki, türkiyəli rəsmilər Ermənistanı Türkiyəni birbaşa Mərkəzi Asiya ilə birləşdirəcək Orta Dəhliz layihəsinin əsas ölkəsi hesab edirlər.“Türkiyə şirkətləri də Ermənistanda infrastruktur layihələrində iştirakda maraqlıdır. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) münasibətləri ilə tanış başqa bir mənbə bildirib ki, İlham Əliyev BƏƏ-nin rəhbəri Məhəmməd bin Zayid əl-Nahyanla yaxın münasibətlər saxlayır. Mənbə əlavə edib ki, Qafqazın iki xalqı arasında münasibətlərin yaxşılaşdırılması səyləri çərçivəsində BƏƏ danışıqlara ev sahibliyi etməyə hazırdır”, - deyə nəşr əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
50
demokrat.az

10Sources