AZ

Türkiyəyə Ukraynadan gizli sənəd daxil oldu: görün hansı faktlar yer alıb

Türkiyənin “Aydınlık” qəzeti Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə bağlı əldə etdiyi məxfi sənədi dərc edib.

Publika.az xəbər verir ki, qeyddə söhbət Ukrayna kəşfiyyatının Ankara, İstanbul və İzmirdə agent mövqelərinin gücləndirilməsindən gedir.

Nəşrin məlumatına görə, sənəd SBU-nun Nikolayev regional şöbəsi tərəfindən hazırlanıb.

"Diqqətinizə təqdim edəcəyimiz dörd məxfi yazışmadan birincisi birbaşa Türkiyə ilə bağlıdır. 2024-cü ilin mart tarixli sənəddə SBU-nun əks-kəşfiyyat bölməsinin əməkdaşı mayor Maksim Nikolayeviç Xarçukun adı çəkilir. Rəsmi yazışmalardan belə çıxır ki, mayor Xarçuk Türkiyədə diasporda kəşfiyyat fəaliyyəti ilə məşğul olub", - qəzet yazıb.

Sənəddə bildirilib ki, mayor Xarçuk Ankara, İstanbul və İzmirin Ukrayna icmalarında “agent mövqelərini gücləndirib”.

"Bu o demək ola bilər ki, o, bu şəhərlərdəki Ukrayna diasporu ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün agentləri cəlb edib, yerləşdirib və ya işə salıb. Yazışmada o da bildirilir ki, Xarçuk Türkiyədəki Ukrayna diasporunun daxili vəziyyəti və Türkiyə hakimiyyətinin ukraynalı qaçqınlara münasibəti ilə bağlı operativ məlumatların toplanmasını təşkil edib. Bu onu deməyə əsas verir ki, kəşfiyyatçı həm potensial təhdidləri, həm də diaspordakı müxalifət elementlərini, həm də Türkiyənin Ukrayna ilə bağlı siyasətini daxildən izləyir”, - məlumatda qeyd olunub.

Seçilən
15
25
publika.az

10Mənbələr