EN

Müller: “Bu pula daha çox ağac əkmək olar”

“Bavariya”nın futbolçusu Tomas Müller həmyerlisi Florian Virtsin 150 milyon avro qarşılığında “Liverpul”a keçməsinə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, CBS-ə danışan hücumçu transferlə bağlı bunları deyib:

“150 milyon avro qeyri-real puldur. Buna baxmayaraq, klublar bu məbləğdə razılaşıb. İndi 150 milyon avronu Neymar üçün verməzlər. Və ya bu pula daha çox ağac əkmək olar.

Virtsin özünə gəlincə, o, hər yerdə oynaya bilər. Həm fiziki, həm əqli cəhətdən güclüdür. Onun üzərində böyük təzyiq olacaq, ancaq inanıram ki, bunun öhdəsindən gələ biləcək”.

Virts “Bayer”dən “Liverpul”a keçib.

Chosen
21
futbolpress.az

1Sources