EN

Özü qırmızıda keçir, günahı sürücüdə görüb təhqir edir VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yol hərəkəti qaydasını pozan piyadanın görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ceyhun Səlimov küçəsində qeydə alınıb. Belə ki, yolu digər istiqamətə keçmək istəyən qadın svetoforun piyadalara qırmızı işıq yandığı zaman yolu keçməyə çalışıb. Bu zaman avtomobillərə yaşıl işıq yandığı üçün onlar dayanmadan hərəkət ediblər. Bundan əsəbiləşən qadın qarşıdakı sürücüyə "ölür, canı çıxır yol verəndə" deyərək öz narazılığını bildirib.

Bəzən piyadalar düşünürlər ki, piyada keçidi varsa üstünlüyə malikdirlər. Qeyd edək ki, nizamlanan keçidlərdə piyadalar svetoforun siqnallarına riayət etməlidirlər. Əks halda məsuliyyətə cəlb edilə bilərlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
7
avtosfer.az

6Sources