ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Başqasının adına şirkət o halda açıla bilər ki, həmin şəxsə etibarnamə verilmiş olsun. Çünki hər hansı şirkət açılan zaman natorial qaydada ərizə verilməlidir. Ola bilər ki, vətəndaş kiməsə ümumi etibarnamə versin və bu halda sui-istifadə edilsin. Ümumi etibarnamə vermək öz adından başqasına səlahiyyət verməkdir".Bu sözləri Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, bu, o demək deyil ki, şəxs kiminsə adından qanunsuz şəkildə istifadə etsin:"Dövlətə və ya digər şəxslərə ziyan dəyibsə, mənə heç bir aiddiyyatı yoxdur demək də olmaz. Məsələn, avtomobil idarə etmək üçün verilən etibarnamə ilə şirkət açılırsa, zərərçəkən şəxs heç bir məsuliyyət daşımaz. Ancaq ümumi etibarnamə verildiyi halda, qanunsuz hərəkətlər edilibsə, bu halda zərərçəkən şəxs elə onun üzündən zərərçəkən şəxslər qarşısında məsuliyyət daşıyır. Hər hansı şəxsin cinayət məsuliyyət daşıyıb-daşımamasını bilmək üçün isə məsələnin konkret motivlərini vermək lazımdır".Qeyd edək ki, vətəndaşlardan birinin adına özünün xəbəri olmadan şirkət açılıb və 17 min manat vergi borcu tələb olunur.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.