EN

TANAP-ın 2024-cü il istixana qazı emissiyaları 5% azalıb

Finss.az - Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin 2024-cü ildə illik istixana qazları emissiyalarının ümumi həcmi 336 800,85 ton CO2-ekvivalentində olub.

Bu göstərici 2023-cü illə müqayisədə 4,97% azalma deməkdir. Ötən il isə emissiyalar 354 408,91 ton CO2-ekvivalent təşkil etmişdi.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə emissiyaların intensivliyi — yəni nəql olunan təbii qazın hər vahidi üzrə emissiya həcmi — 6,45% azalıb. Metan emissiyalarında isə daha əhəmiyyətli azalma müşahidə olunub: 2023-cü illə müqayisədə 35,68%.

Emissiya strukturu əsasən sabit yanacağın yanması ilə bağlıdır və ümumi emissiyaların 84,92%-ni təşkil edir. Ventilyasiya emissiyaları 8,81%, elektrik enerjisi istehlakı isə 4,50% paya sahibdir.

TANAP qaz kəməri "Şahdəniz" yatağından hasil olunan qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. Layihənin dəyəri 7 milyard dollardan azdır və ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qazdır. Gələcəkdə bu göstəricinin 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

TANAP-ın istismara verilməsi 2018-ci ildə baş tutub və sistem 2062-ci ilə qədər fəaliyyət göstərəcək. Hazırda kəmər vasitəsilə hidrogen qarışığının nəqli imkanları da araşdırılır.

Chosen
10
fins.az

1Sources