“Lill”dən ayrılan Conatan Devid karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, kanadalı hücumçu “Yuventus”la razılığa gəlib. Bu barədə “Sky Sports” məlumat yayıb. Devid cümə günü Turinə yollanacaq və “Yuventus”la 5 illik müqavilə imzalayacaq.
Conatan başa çatan mövsümdə “Lill”də 49 oyunda 25 qol vurub.