Kerem Demirbay "Qalatasaray"dan ayrılıb.
"Cebheinfo.az" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yeni klubu müəyyənləşib.
Almaniya millisinin sabiq üzvü karyerasını "Eyüpspor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kerem daha əvvəl "Borussiya Dortmund", "Hamburq", "Düsseldorf" və "Bayer" kimi komandaların şərəfini qoruyub.
"Cebheinfo.az"