EN

Rusiyada əməkdaşa qarşı terror aktı qeydəalınıb

Ajans.az xəbər verir ki o, 2024-cü ilin iyun ayında “Telegram” və “WhatsApp” messencerləri vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə quraraq Rusiya Federasiyasını tərk etmək və Avropa İttifaqı ölkələrindən birində vətəndaşlıq almaq üçün yardım müqabilində təxribat və terror fəaliyyətlərində iştirak etməyə hazır olduğunu bildirib. Kuratorunun göstərişi ilə o, Moskva vilayətində ictimai yerlərdə ukraynayönlü şüarlar yazıb və dəmir yolu infrastrukturu obyektini yandırmağa cəhd edib. Daha sonra, bu ilin aprel ayında o, Sankt-Peterburqa gedib və orada müdafiə müəssisələrindən birinin əməkdaşının avtomobilini partlatmaq məqsədi ilə müşahidə aparıb. Avtomobilin altına əldəqayırma partlayıcı qurğu yerləşdirən zaman o, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb. Dindirilmə zamanı şübhəli şəxs bildirib ki, ona sadəcə olaraq göstərilən avtomobili izləmək və onun altına “bir növ cihaz” qoymaq tapşırılıb.

Saxlanılan şəxs barəsində terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
5
3
Ajans.az

4Sources