EN

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk” və Bolqarıstanın “Ludoqorets” komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
50
azertag.az

10Sources