AZ

Babək Quliyev Konfrans Liqasında təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək.

İdman.biz

Seçilən
5
50
idman.biz

10Mənbələr