EN

Tramp və Zelenski ABŞ ın yardım dayandırılması ilə əlaqədar telefonla danışacaqlar

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ və Ukrayna Prezidentlər Donald Tramp ilə Vladimir Zelenski arasında telefon danışığı təşkil etmək üzərində işləyir.

Bizimyol.info xəbər verir ki, "Politico"nun məlumatına görə, belə bir plan, ABŞ-ın Ukraynaya silah göndərilməsini kəskin şəkildə dayandırması barədə məlumatdan sonra yaranıb.

"ABŞ bu gün Kiyevdə Ukraynaya bu qərarı bildirib və yaxın vaxtlarda Tramp ilə Zelenski arasında telefon danışığı təşkil ediləcək. ABŞ bildirir ki, bu, dayandırma və ya fasilə deyil. ABŞ hələ də Ukraynanın müdafiəsini necə dəstəkləyəcəyini müəyyənləşdirir. Bu, prioritet olaraq qalır", – deyə bir Avropa diplomatı bildirib.

Bununla yanaşı, "Politico" qeyd edir ki, Pentaqonun Ukraynaya silah tədarükünün dayandırılması qərarı, bu məsələlərdən yaxşı məlumatlı olan şəxslər üçün belə gözlənilməz olub. Bunlar arasında Konqres üzvləri, Dövlət Departamentinin rəsmiləri və əsas Avropa müttəfiqləri yer alır.

"Bu qərar, hətta yüksək səviyyəli respublikaçılar arasında narahatlıq və məyusluq yaratdı. Onlar hesab edirlər ki, Pentaqonun yüksək rütbəli bir rəsmisi bu qərarda həddindən artıq təsirli olub", – deyə məqalə qeyd edir.

Qəzet yazır ki, bu fasiləni Pentaqonun siyasi departamentinin rəhbəri Elbric Kolbi və bir neçə məsləhətçisi, ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlarına görə təklif ediblər. "Trampın müttəfiqləri də bu qərara narazıdır və Kolbi kimi şəxsləri günahlandırırlar. Onlar bildirirlər ki, ABŞ-ın silah tədarükü dayandırılmadan əvvəl, administrasiya və digər dövlət orqanları bu barədə məlumatlandırılmayıb", – deyə məqalə davam edir.

Müttəfiqlərin sözlərinə görə, Ukraynaya silah tədarükünün dayandırılması qərarı, administrasiya daxilində razılaşdırılmadan verilib. Bunun əsas səbəbi isə, milli təhlükəsizlik şurasında baş verən kütləvi ixtisarlar olub. "Bizdə faktiki olaraq təhlükəsizlik üzrə məsləhətçi yoxdur. Mən belə deyə bilərəm ki, bu barədə dövlət katibi Marko Rubionun məsləhətləri olubmu... Ağ Evdə daxili anlaşılmazlıqlar var", – deyə Texas ştatından olan Konqres üzvü Maykl Makol bildirib.

Bir ABŞ rəsmisi də bildirib ki, Pentaqonun qərarı qeyri-koordinə olunmuş olub və Dövlət Departamenti üçün gözlənilməz olub. Bundan başqa, Nümayəndələr Palatasının Büdcə Komitəsinin sədri Tom Koul bildirib ki, bu qərarı xəbərlərdə eşidib, amma hər hansı bir narazılığı yoxdur.

"Biz həqiqətən kritik çatışmazlıqlarla üzləşmişik. Mən bilirəm ki, biz nə qədər material istifadə etdik, bundan daha çox, altı ay əvvəl kimsə təsəvvür edə bilməzdi, Yaxın Şərqdə baş verənlərdən ötəri məhdudiyyətlər var. Bizim sənaye bazamızla bağlı real problemlərimiz var. Mən başa düşürəm ki, prezidentin ilk vəzifəsi ABŞ-ın müdafiəsini təmin etməkdir", – deyə o vurğulayıb.

Konqres üzvü Mayk Rodcerz isə bu addımı "sadəcə bir fasilə" olaraq qiymətləndirib və deyib ki, onlar ehtiyatları dəqiqliklə hesablayırlar. "Onlar sadəcə olaraq dəqiq bir hesablamanı aparırlar. Və onların fikrincə, üç fərqli kateqoriya var ki, burada ehtiyatlarımız öz məqsədlərimiz üçün biraz geridə qalır. Biz onları bu üç kateqoriya üzrə son məlumatları təqdim etməyə məcbur edirik", – deyə Rodcerz əlavə edib.

Ancaq Rodcerz Pentaqonun, niyə silah tədarüklərini dayandırdıqlarını açıq şəkildə izah etməli olduğunu vurğulayıb. "Onlar bu məsələdə sadəcə daha şəffaf olmalıdırlar, çünki insanlar bunu Ukraynaya qarşı öhdəliklərimizlə qarışdırır. Bunun heç bir əlaqəsi yoxdur", – deyə o bildirib.

Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yardım dayandırılmasına reaksiya verib. O bildirib ki, hazırda Ukrayna ilə ABŞ arasında silah tədarükləri, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin tərkib hissələri barədə bütün detalları müəyyənləşdirmək üzərində işlənir. Zelenski əlavə edib ki, "hər halda biz öz xalqımızın müdafiəsini təmin etməliyik".

Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brüs, Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı açıqlama verib. "Biz Ukraynaya silah tədarüklərini dayandırmamışıq. Bu bir aspektdir, bir vəziyyətdir, bir hadisə dəyişdi. Pentaqonun dediyinə görə, Ukrayna ilə bağlı silah tədarükləri və vəziyyəti ilə əlaqədar bir çox digər güclü variantlar və səylər mövcuddur", – deyə o izah edib.

Brüsün sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "Patriot" raketləri ilə bağlı öhdəliklərini dəyişməz olaraq təsdiqləyib, buna görə də hazırda Vaşinqtonun Ukraynaya tam yardım kəsilməsi ilə bağlı heç bir qərarı yoxdur.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
23
bizimyol.info

10Sources