AZ

Şəxsən Trampdan eşitdim, ABŞ geri çəkilməyib Meloni

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Ukrayna ordusuna silah ötürülməsini tamamilə dayandırmayıb, söhbət sadəcə bəzi silah növlərinin tədarükündəki fasilədən gedir.

Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığı barədə məlumat verərkən bildirib.

O qeyd edib ki, bu məlumatı şəxsən Donald Trampdan Ukraynadakı müharibə ilə bağlı söhbət zamanı eşidib. Meloni bu məsələdə müsbət inkişafın olacağına ümid etdiyini bildirib:

“ABŞ nə silah tədarükünü, nə də Ukraynaya dəstəyi dayandırıb. Onlar sadəcə konkret komponentlərin tədarükü ilə bağlı qərarı yenidən gözdən keçiriblər. Bu, məsələyə aidiyyəti olan bir faktdır, amma bəzi dairələrin iddia etdiyi kimi ABŞ-ın tam şəkildə geri çəkilməsi ilə heç bir əlaqəsi yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
20
axar.az

10Mənbələr