Qeyd edək ki, “Qalatasaray”ın Viktor Osimhenin transferi ilə bağlı ”Napoli” ilə anlaşdığı barədə xəbərlər dərc edilib. “Qalatasaray” futbolçunu isə hələlik razı sala bilməyib. Viktor Osimhenə ən yüksək təklifi “Əl Hilal” klubu irəli sürmüşdü. “Əl Hilal” “Napoli”yə 70+5 milyon avro, Viktor Osimhenə isə illik 45 milyon avro təklif etmişdi. İddialara görə, futbolçu təklifi rədd edib.