“Napoli”nin futbolçusu Viktor Osimhen barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, Viktor Osimhenin karyerasını İngiltərədə davam etdirmək istədiyi iddia edilib. İtaliya mətbuatında dərc edilən xəbər görə, nigeriyalı ulduz Səudiyyə Ərəbistanı və "Qalatasaray"dan gələn təklifləri rədd edib. Premyer Liqanın Osimhen üçün cəlbedici variant olduğu və ulduz futbolçunun İngiltərə komandalarından, xüsusən də “Çelsi”dən təklif almaq istədiyi bildirilib. Osimhenin qərarının hələ də verməməsinin “Napoli” tərəfini qəzəbləndirdiyi də bildirilib. Futbolçunun qərarını daha da təxirə salacağı təqdirdə, onun “Napoli” tərəfindən gənclərdən ibarət komandaya göndəriləcəyi bildirilib.