EN

İndoneziya'da batan bərə: 38 nəfər itkin düşüb

İndoneziya'da

İndoneziyada 65 nəfəri daşıyan bərə batıb. 4 nəfərin cəsədi tapılıb, 38 nəfər isə itkin düşüb.

Xalqcebhesi.az xəbər verir ki, İndoneziyanın Bali adası sahillərində içində 53 sərnişin və 12 ekipaj üzvü olan bərə naməlum səbəbdən batıb.

Bərənin limandan çıxmasından təxminən yarım saat sonra baş verən qəzada axtarış-xilasetmə işləri davam edir.

Rəsmilər 23 nəfərin xilas edildiyini, 4 nəfərin isə cansız bədəninin tapıldığını bildiriblər. İtkin düşən 38 nəfərin axtarışı davam etdirilir.

Məryəm Quliyeva

Chosen
23
15
xalqcebhesi.az

10Sources