AZ

İndoneziyada batan bərədə 38 nəfər itkin düşüb

İndoneziyada batan bərədə 38 nəfər itkin düşüb

İndoneziyada 65 nəfəri daşıyan bərə batıb. 4 nəfərin cəsədi tapılıb, 38 nəfər isə itkin düşüb.

İndoneziyanın Bali adası sahillərində 53 sərnişin və 12 heyət üzvü olan bərə naməlum səbəbdən batıb.

Bərənin limandan çıxmasından təxminən yarım saat sonra baş verən qəza ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilər bildiriblər ki, 23 nəfər xilas edilib, 4 nəfərin isə cəsədi tapılıb. İtkin düşən 38 nəfərin axtarışı isə hələ də davam edir.

Seçilən
6
15
afn.az

10Mənbələr