EN

Paşinyan erməni xalqına yeni erməni katolikosu seçməyi təklif edib

Bakı. Trend:

Ermənistanda kilsə ilə hakimiyyət arasında yaşanan gərginlikfonunda ölkənin baş naziri Nikol Paşinyan bütün ermənilərin yenikatolikosunun (Erməni Apostol Kilsəsinin rəhbəri) seçilməsi üçünnövbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.

“Növbədənkənar seçkilər birmənalı olaraq keçirilməlidir. Bütünermənilərin Katolikosunun seçkiləri” ,- deyə Paşinyan bildirib.

Qeyd edək ki, Erməni Apostol kilsəsi ilə hökümət arasındaçəkişmələr Paşinyanın öz bəyanatında Qarabağı Azərbaycanın ərazisikimi tanımasından sonra meydana gəlib. Ermənistanın ali patriarxıvə bütün ermənilərin katolikosu II Qaregin Paşinyanı istefayaçağırıb.

May ayının sonlarından etibarən erməni baş nazir mütəmadi olaraqkatolikosu və arxiyepiskopları tənqid edir, onların subaylıq andınıpozmalarını iddia edərək kilsəni tərk etmələrini tələb edir.

İyun ayının sonunda Ermənistanda Erməni Apostol Kilsəsinin ikiarxiyepiskopu hakimiyyəti ələ keçirmək və ölkədə terror aktlarıplanlaşdırmaqda şübhəli bilinərək həbs olunub. Arxiyepiskoplardanəlavə daha 15 nəfər də həbs edilib.

Məqalədə:
Chosen
37
50
az.trend.az

10Sources