“Real”ın qapıçısı Tibo Kurtua komandası 1/8 finalda “Yuventus”u məğlub edəndən (1:0) sonra Klublararası dünya çempionatının səviyyəsini yüksək qiymətləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper turniri tənqid edənlərlə razılaşmır:
“Futbolu anlayanlar heç vaxt bu turnirin səviyyəsinə şübhə etməyiblər. Sosial şəbəkədə bunun axmaqlıq olduğuna dair fikirlərə inanmamaq lazımdır. Bu, səhvdir.
Futboldan anlayan insanlar bilirlər ki, Braziliya klubları yaxşıdır, “Əl-Hilal” da əla komandadır.
Söhbət Avropa komandalarının sadəcə olaraq, daha yaxşı olması ilə bağlı deyil.
Turnirin səviyyəsi yüksəkdir və hər matç bunu göstərir. Düşünürəm ki, daha çox yaxşı oyunlar olacaq”.