Bakıda 17 yaşlı qız 14-cü mərtəbədən yıxılıb.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 2008-ci il təvəllüdlü M.Züleyxa yaşadığı Nərimanov rayonu ərazisindəki 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.