AZ

Bakıda yeniyetmə qız 14-cü mərtəbədən yıxıldı: SAĞ QALDI

Bakıda 17 yaşlı qız 14-cü mərtəbədən yıxılıb.

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 2008-ci il təvəllüdlü M.Züleyxa yaşadığı Nərimanov rayonu ərazisindəki 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Seçilən
0
3
7news.az

4Mənbələr