"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jotanın faciəli şəkildə həlak olması ilə bağlı detallar məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Məşhur futbolçu faciəli şəkildə dünyasını dəyişdi
Mənbənin məlumatına görə, futbolçu avtomobildə 26 yaşlı qardaşı Andre ilə birgə hərəkətdə olarkən, maşın qarşı yola çıxaraq yol-nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində avtomobil alışaraq yanıb.
İlkin ehtimala görə, hadisəyə nəqliyyat vasitəsinin təkərinin partlaması səbəb olub.
Qeyd edək ki, Dioqu Jotanın futbol karyerasında ən böyük uğurlar "Liverpul" klubunda qazandığı nailiyyətlərlə bağlıdır. O, İngiltərə Premyer Liqasının çempionu olub, həmçinin ölkə kuboku və İngiltərə Liqa Kubokunu qazanıb. Portuqaliyalı futbolçu 2020-ci ildən "Liverpul"un şərəfini qoruyurdu. Bundan əvvəl isə o, "Vulverhempton", Madrid "Atletiko", "Portu" və "Pasuş de Ferreyra" klublarında çıxış edib.
Bizim.Media