EN

Ərdoğan sabah Xankəndiyə səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndi şəhərinə səfər edəcək.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat verib.
Onun sözlərinə görə, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusunda təşkil olunacaq zirvə toplantısında iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları kimi məsələlər müzakirə olunacaq, həmçinin üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.
O, həmçinin Ərdoğanın zirvə toplantısının iclasında çıxış edəcəyini və liderlərlə görüşlər keçirəcəyini bildirib.
Chosen
7
50
yeniavaz.com

10Sources