EN

Ursula fon der Leyen Avropa Parlamentində etimadsızlıq səsverməsini gözləyir

Avropa Komissiyasının sədri Ursula fon der Leyenə COVID-19 peyvəndlərinin satın alınmasında korrupsiyaya görə etimadsızlıq səsverməsi qəbul olunmaya bilər, lakin bu, uğurlu olarsa, bütün Avropa Komissiyası istefaya getməli olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri yazıb.

"Ursula fon der Leyen gələn həftə Avropa Parlamentində etimadsızlıq səsverməsini gözləyir. Baxmayaraq ki, bu səsvermə simvolik xarakter daşıyır və heç kim onun uğurla başa çatacağını gözləmir, bu, bir sıra mübahisəli hərəkətlərdən və qalmaqallardan sonra Brüsseldə ona qarşı artan qəzəbi görsədir".

Nəşr vurğulayır ki, əgər Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi qəbul edilərsə, bu, bütün Avropa Komissiyasının istefasına gətirib çıxaracaq və 27 yeni Avropa komissarının təyin edilməsi ilə bağlı mürəkkəb prosesə başlayacaq.

Artıq Avropa İttifaqının tarixində korrupsiya ittihamlarına görə bütün Avropa Komissiyasının istefası ilə bağlı presedent olub. 15 mart 1999-cu ildə Lüksemburqlu Jak Santerin bütün komissiyası dərhal istefa verdi.

Chosen
144
49
herbiand.az

10Sources