EN

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi - VİDEO

Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın doğum günü münasibətilə paylaşım edib. 

"Unikal" xəbər verir ki, Ağalarov bu barədə "Instagram" video yayımlayıb. 

O, L.Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Emin Leyla Əliyeva ilə yanaşı övladları Mikayıl, Əli və Əminənin görüntülərini yayımlayaraq bunları yazıb:

"Əziz Leyla, ad günün mübarək! Sizə ən inanılmaz şeyləri arzulayıram. Eyni parlaq insan və uşaqlarımızın gözəl anası olaraq qalın. İstilik və dəstəyə görə təşəkkür edirik, biz buradayıq!".

Chosen
15
50
unikal.az

10Sources