EN

İqtisadi Əməkdaşlıq Təşkilatının 17 ci Zirvə görüşünün Xankəndidə keçirilməsi ölkəmiz üçün önəmlidir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitini təşkil edir, lakin bu dəfə tədbir xüsusi əhəmiyyətə malikdir, çünki Qarabağda keçirilir. Xankəndi ilə bağlı bu seçim bir çox cəhətdən rəmzi məna daşıyır. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə Zirvə görüşü keçirilir – bu, Azərbaycanın Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirir. Tədbir həm müharibədən sonrakı sülhə, həm də Azərbaycan diplomatiyasının regional nüfuzunun gücləndirilməsinə böyük töhfədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, ECO çərçivəsində Azərbaycanın təşkilatçılıq qabiliyyəti, xüsusən COP29 kimi ekoloji sammitə ev sahibliyi beynəlxalq arenada təqdir olunur: “Zirvə görüşündə regional ticarət, enerji, nəqliyyat, dayanıqlı inkişaf, sosial inklüzivlik kimi məsələlər müzakirə olunacaq. Təmiz Enerji Mərkəzi rəsmi olaraq açılacaq.

Zirvə görüşündən gözləntilər əsasən bunlardır:

- Ticarət əlaqələrinin gücləndirilməsi – regionda sərbəst ticarətin inkişafı üçün yeni mexanizmlər, rəqəmsal gömrük sistemləri müzakirə olunacaq;

- İnfrastruktur və nəqliyyat – Bakı Tbilisi Qars, Cənub Qaz Dəhlizi kimi təşəbbüslərin davam etdirilməsi prioritetdir;

- Enerji əməkdaşlığı – xüsusilə bərpaolunan enerjinin ekoloji şəkildə gücləndirilməsi və region enerji təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzindədir;

- Dayanıqlı regional inkişaf – iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji davamlılaşma əsas mövzulardır;

- Sosial inklüzivlik – gənclər və qadınların iqtisadi fəaliyyətdə rolu ayrıca gündəmə gələcək.

Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyadakı öncül rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisədir. Ölkəmizin iqtisadi əlaqələrinin güclənməsinə, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə Zirvə görüşünün mühüm töhfəsi olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
50
azertag.az

10Sources