EN

"Apple" insan gözü ilə müqayisə oluna biləcək kamera icad edib

Bakı. Trend:

“Apple” korporasiyasının mühəndisləri insan gözününxüsusiyyətlərinə yaxın olan yeni nəsil kamera icad ediblər.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) bazasındaqeydə alınan müvafiq patentdə “iPhone” üçün nəzərdə tutulmuş, genişdinamik diapazona və aşağı səs-küy səviyyəsinə malik kamera sensorutəsvir olunur. Yeni texnologiya bir neçə işıq tutma səviyyəsinidəstəkləməklə yanaşı, görüntünün keyfiyyətinin artırılması üçünxüsusi mexanizmlərlə təchiz edilib.

Patent müəllifləri bu sensorun dinamik diapazon baxımından insangözü ilə müqayisə oluna biləcəyini bildiriblər. Qurğu iki mərhələdəişləyir: əvvəlcə işıq vasitəsilə ötürülən detalları qeydə alır,sonra isə görüntünün emalı baş verir.

İxtiranın əsasını LOFIC (yan ötürməli inteqrasiya kondensatoru)adlanan sistem təşkil edir. Bu sistem hər bir pikselin səhnəninparlaqlığından asılı olmayaraq fərqli miqdarda işıq qəbul etməsinəimkan verir. Beləliklə, günün batması fonunda dayanan insanınçəkilişi kimi mürəkkəb şəraitdə belə görüntüdə zəngin detallarıntutulmasına nail olunur.

Məqalədə:
Chosen
25
az.trend.az

1Sources