EN

Birinci rübdə Azərbaycanda 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Bu il birinci rübdə Azərbaycanda 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 43 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 35 faiz azdır. Eləcə də ötən dövr ərzində, Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.

Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
6
azertag.az

10Sources