Bu ilin yanvar-may aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18,2 faiz artaraq 750,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 53,3 faizini təşkil edib.