EN

“Azercell” qiymətləri kəskin qaldırdı - 2 manat ödəyəcəyik

“Azercell” bu dəfə “Limitsiz danışıq” paketlərini kəskin bahalaşdırıb. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, “limitsiz 1 saat” paketinin qiyməti 40 qəpik və ya 67%  artırılaraq 49 qəpikdən 99 qəpiyə çatdırılıb. “Limitsiz 3 saat” paketinin qiyməti isə 1,20 manatdan 1,99 manata yüksəldilib. 

Başqa sözlə, sözügedən paketin qiyməti 79 qəpik və ya 66% artırılıb. “Azercell” 6 saatlıq və həftəsonu limitsiz paketlərini isə ümumiyyətlə ləğv edib. 

Mobil operatorun bu addımı sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Qeyd edilir ki, bu sahədə tənzimlənmənin aşağı olması bir neçə mobil operatorun bazarı mənimsəməsinə və monopolist davranışlara, qiymətlərin əsassız və kəskin artırılması, bunun müqabilində isə xidmət keyfiyyətinin aşağı olmasına səbəb olub. 

Xatırladaq ki, "Azercell” ötən ay yeni ödəmə kartı şərtləri və internet paketlərinin qiymət artımı ilə bağlı “dəyişikliklərə” gedəcəyini açıqlayıb. Bu isə istifadəçilər arasında kəskin etirazlara səbəb olub və vətəndaşlar hətta #boykotazercell həştəqi ilə paylaşımlar ediblər.

Nara

Chosen
37
8
valyuta.az

9Sources