EN

Ərdoğan sabah Xankəndidə olacaq

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar kimi məsələlər müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq. pizza

Türkiyə Prezidenti sammitdə çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
10
yenisabah.az

10Sources